Tovuzda baş vermiş qətlin təfərrüatları

Tovuzda baş vermiş qətlin təfərrüatları Hadisə

Tovuzda baş vermiş qətllə bağlı bəzi təfərrüatlar məlum olub.

News24.az xəbər verir ki, Səbuhi Hacızadə ötən gün yaşadığı Monteneqrodan Tovuz rayonuna gəlib. Bu gün səhər saatlarında o, həyat yoldaşı 1996-cı il təvəllüdlü Mətanət Hacızadənin atası evinə gedib. Orada ər-arvad arasında mübahisə düşüb və S.Hacızadə M.Hacızadəni bıçaqlayaraq öldürüb.

Onların 3 azyaşlı oğlu var.

Hazırda S. Hacızadənin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir. (APA)