Putin Həbiblə görüşdü -VİDEO
    • 12-09-2019, 21:40
    • 927

Putin Həbiblə görüşdü -VİDEO

Rusiya prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurmaqomedovla görüşüb.
News24.az rus KİV-nə istinadən bildirir ki, görüş Mahaçqala şəhərində baş tutub.
Görüşdə Dağıstanın başçısı Vladimir Vasilyev və Həbibin atası Əbdülmanap da iştirak edib.
Putin qələbə münasibətilə Həbibə və Əbdülmanap Nurməhəmmədova da təbriklərini çatdırıb: “Oğlunuzun qələbəsi münasibətilə sizi təbrik edirəm. Əsl ona layiq, güclü döyüş idi”.
Qeyd edək ki, sentyabrın 7-də Əbu-Dabidə Həbib amerikalı rəqibi Dastin Poryeyə qalib gələrək, növbəti dəfə çempion titulunu qazanıb. Həbibin növbəti rəqibinin ya Toni Ferqyuson, yaxud da Jorj Sen-Pyer olacaq.