-
- 16-08-2018, 17:48
- 1 030
Türkiyə klubu futbolçu əvəzinə keçi aldı
Türkiyənin "Gülspor” futbol klubu gənclərdən ibarət heyətin 18 oyunçusunu sataraq, qazandığı pula 10 keçi alıb.
Bu barədə "Tribune Dergi” özünün "Twitter” hesabında yazıb.
Bildirilir ki, komanda rəhbərliyi süd satışından ayda 5 min lirə (727,8 avro) qazanmaq niyyətindədir. Qeyd olunur ki, gəlirlər klubun ehtiyaclarına sərf olunacaq.
"Gülspor”un prezidenti Kənan Böyüklebeb CNN-ə müsahibəsində bildirib ki, komandanın maraqları çərçivəsində hərəkət edib.
"Bizim çoxlu gəlirlərimiz olacaq. Komandanın maraqları naminə hərəkət etmiş, həmçinin ölkədə istehsala töhfə vermişik”, - deyə o qeyd edib.
Bildirilir ki, 18 futbolçu klubun büdcəsinə 15 min lirə (2.2 min avro) gətirib. "Gülspor” Türkiyədə aşağı divizionlarda iştirak edir.
//Oxu.az