Prezident İlham Əliyev iki səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTO
    • 14-09-2019, 14:13
    • 769

Prezident İlham Əliyev iki səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpın etimadnaməsini qəbul edib.

News24.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.  

Dövlət başçısı Latviya Respublikasının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançsin də etimadnaməsini qəbul edib.