-
- 15-09-2019, 12:12
- 890
Yeni tədris ilində nələr gözlənilir?
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2018-2019 tədris ili ərzində görülən işlər və yeniliklər barədə məlumat verib.
News24.az həmin göstəriciləri sizə təqdim edir:
- Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində ümumilikdə,
*318 məktəb fəaliyyət göstərir.*
Onlardan
*308-i ümumi təhsil məktəbi,*
*3-ü xüsusi tipli ümumi orta məktəb* və
*7-si əyani-qiyabi (axşam) tam orta məktəbi* dir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində
*27 930 müəllim* çalışır.
- Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə,
*414 844 şagird təhsil alır.*
- Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində tabeliyindəki ümumi təhsil məktəblərinin
*I sinfində 45 800,*
*IX sinfində 32 315,*
*X sinfində 22 795,*
*XI sinfində 18 896,*
*XII sinfində 198 şagird** təhsil alır.
- Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
- 2019-2020-ci dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən:
*6 təhsil müəssisəsində əsaslı təmir işləri* (39, 113, 129, 101, 90 nömrəli tam orta məktəblər və 25 nömrəli UGİM);
*3 məktəbin* (154, 205, 208 nömrəli tam orta məktəblər) mövcud binalarının sökülərək yenidən tikintisi;
*5 məktəbin* (97, 101, 90, 155, 300 nömrəli tam orta məktəblər) köhnə korpuslarının sökülərək yenidən tikintisi aparılıb.
*1 təhsil müəssisəsində* (251 nömrəli tam orta məktəb) əlavə korpus inşa olunub.
*"Yasamal" yaşayış kompleksində (Sosial Evlər) 1 yeni məktəb* (161 nömrəli tam orta məktəb) tikilib.
Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən *58 məktəbdə cari təmir işləri* həyata keçirilib.
*Heydər Əliyev Fondu tərəfindən Kürdəxanı qəsəbəsində 960 şagird yerlik yeni məktəb* tikilib istifadəyə verilib.
Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
- Dərsliklər şagirdlərə dərs ilindən öncə verilib. Sentyabrın 6-da proses yekunlaşıb.
- Ölkə üzrə *322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait* çap edilib.
- Bakı şəhəri üzrə *1 296 895 ədəd dəslik, 64 006 ədəd müəllim üçün metodik vəsait* məktəblərə verilib.
- Bakı şəhəri üzrə *47 məzun ali məktəblərə qəbulda yüksək nəticələrinə görə Prezident təqaüdünə* layiq görülüb.
- Bakı şəhəri üzrə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə *1442 vakansiya* təqdim olunub.
- *Şagirdlərin yerdəyişməsi ilk dəfə bu ildən elektron qaydada (www.sy.edu.az) aparılır.*
- Bakı şəhəri üzrə *271 məktəbdə 962 Məktəbəhazırlıq qrupu* yaradılıb.
*24 000-dən çox 5 yaşlı qeydiyyatdan keçib. Bu, proqnozun 60 faizindən çox* dur.
*Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də* başlayacaq.
*Bu il ilk dəfə ölkə üzrə Məktəbəhazırlıq qruplarına qeydiyyat elektron qaydada (mektebeqebul.edu.az) aparılır.*
- 2018-2019-cu dərs ilində Bakı məktəbliləri *Respublika Fənn Olimpiadalarında 5 qızıl, 10 gümüş, 30 bürünc medal olmaqla, ümumilikdə 45 medal alıb.*
- Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbləri bitirən *1 433 məzuna Fərqlənmə Attestatı verilib.*
- Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin *XI sinfini bitirən 14 məzun qızıl, 1 məzun isə gümüş* medala layiq görülüb.
- Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəb məzunlarından ali məktəblərə qəbul imtahanlarında iştirak edən *17 505 nəfərdən 13 012 nəfər, yəni 74 faizi* ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
- Bakı şəhəri üzrə *qəbul imtahanlarında iştirak uğur qazanmış abituriyentlərin 22 faizi 500 və 500-dən çox bal toplayıb.*