Bu məşhurların övladları birinci sinifə getdi - FOTOLAR
    • 16-09-2019, 11:07
    • 2 505

Bu məşhurların övladları birinci sinifə getdi - FOTOLAR

Bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür. 

News24.az xəbər verir ki, Birinci sinifə gedən şagirdlər arasında Azərbaycan şou-biznesinin məşhur simalarının övladları da yer alıb.

Aparıcı Könül Muxtarovanın qızı İnci bu il birinci sinifə qədəm qoydu. Azyaşlı Ankara liseyində təhsil alacaq. İlk dərs günü ilə bağlı aparıcı "İnstagram"da paylaşımlar edib.
 
Bəstəkar, müğənni Hacı Nazim Məmmədovun qızı Fatimə üçün bu gün ilk dərs günü kimi yaddaşlarda qalıb. Bəstəkarın qızı 264 nömrəli məktəbdə oxuyacaq. Hacı Nazim sosial şəbəkədə təqvimlə əlaqədar qızını təbrik edib.

Rəqqasə Fatimə Fətəliyevanın oğlu Hüseyn də ilk dərsə gedənlər sırasındadır. Fatimə övladının fotosunu instaqramda yayaraq bütün valideynləri təbrik edib. 

Müğənni Emil Bədəlovun qızı Səadət üçün bu gün ilk zəng vuruldu. Balaca Səadət 18 nömrəli Tam Orta Məktəbdə təhsil alacaq. Müğənni "İnstagram"da foto paylaşaraq fikirlərini bölüşüb.

Azad Azərbaycan Televiziyasının sevilən aparıcıları Zaur və Günay Baxşəliyevalarının qızları Dilavər də bu gün ilk dərs gününün həyəcanını yaşayıblar. Cütlük sosial şəbəkədə bütün birinciləri təbrik ediblər.

Bu gün övladını məktəbə yola salan digər məşhur isə müğənni Yaşar Yusubdur. Onun oğlu üçün ilk dərs günü gerçəkləşib.

Müğənni Asif Məhərrəmov qızı Zəhranı ilk dərs gününə yola salan tanınmışlar sırasındadır. 

Qeyd edək ki, bu gün Azərbaycanda 164 mindən çox şagird birinci sinifə qədəm qoyub. 


Sevda Bayramova