Bakı Avrasiya Kollecində açılış mərasimi keçirilib - FOTOLAR
    • 16-09-2019, 17:29
    • 5 677

Bakı Avrasiya Kollecində açılış mərasimi keçirilib - FOTOLAR

Bakı Avrasiya Kollecində (BAAK ) 2019-2020–ci tədris ilinin açılış mərasimi və Bilik günü keçirilib.

News24.az xəbər verir ki, tədbirdə kollecin kollektivi ilə yanaşı, Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli,  ali məktəbin professor və müəllim heyyətı,  tələbələr, valideynlər iştirak ediblər.

BAAU-nun rektoru, professor Nazim Hüseynli yeni dərs ili münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb və tələbələri kollecin və universitetin yüksək təhsil  potensialdan istifadə etməyə, mütəxəssis kimi yetişərək ölkəmizin inkişafına töhfə verməyə səsləyib. Sonra Bakı Avrasiya Kollecinin(BAAK ) direktoru  Aytən Hüseynova  birinci  kurs  tələbələrini  Bakı Avrasiya kollecinə  daxil olmaları münasibətilə təbrik edib.

Direktor,  Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində həyata keçirilən səmərəli islahatlardan, o cümlədən, elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb.

Açılış mərasimində Bakı Avrasiya Universitetinin professor-müəllim heyətidə iştirak edərək eyniadlı kollecin yeni tədris ilinə başlanması münasibətilə təbrik ediblər.Sonda, rektor  Bakı Avrasiya kollecinin açılış lentini kəsib.