-
- 16-09-2019, 18:03
- 3 016
Məlahət Abbasova Yağmura DƏSTƏK OLDU - "Ağzı var deyə boş-boş danışan məsləkdaşlarımız..."
Bir neçə gün öncə aparıcı Elgiz Əkbər sosial şəbəkədə Türkiyədə aktrisalıqla məşğul olan gəncləri tənqid edib.
Elgiz Əkbər "Türklər bizim aktrisaları süpürgəçi, cibgir, ağlıyan və vətəninə getmək istəməyən qızcığac rolunda çəkir" deyə bir fikir söyləyib. Mediada isə onun sözləri ilk növbədə hazırda Kanal 7-də yayımlanan "Yemin" serialında rol alan, həmyerlimiz Yağmur Şahbazovaya ünvanlandığı iddia olunub. Aktrisa susqunluğunu pozmasa da, onun əvəzinə Əməkdar artist Məlahət Abbasova cavab verdi.
News24.az bildirir ki, Abbasova, Elgizin sözlərinə qəzəblənib: "İlk başda "Kanal 7"də yayımlanan "Yemin" serialının baş rollardan biri olan azərbaycanlı qız Narin rolunu oynayan istedadlı aktrisa Yağmur Şahbazovanı təbrik edirəm. Kanalın yüzlərlə qızın içindən seçdiyi Yağmurun İstanbula gəldiyi gündən yanında oldum. Onun istedadı, məsumiyyəti, özünü layiqli aparması "Kanal 7" rəhbərliyi başda olmaqla, bütün çəkiliş qrupu və aktyorlar tərəfindən sevilməsi, məni qürurlandırır. Oynadığı Narin rolu hamı tərəfindən sevildi. Amma heyif ki, vətəndən uzaqlarda yaradıcılığı davam etdirən, oynadığı baş rolun öhdəsindən gəlməyə çalışan, sadəcə, öz işi ilə məşğul olan qızımızın obrazının necə olduğunu bilmədən, "ağzı var" deyə boş-boş danışan bəzi dırnaqarası sənət məsləkdaşlarımız var. Öz fikirlərini söyləmədən öncə bir az araşdırma etmələrini məsləhət görürəm. Sənətə, xüsusilə də oynanılan rollara at gözü ilə baxmamalarını, cahil rəy bildirməmələrini tövsiyə edirəm.
Yağmur Şahbazova isə məhz bu paylaşımdan sonra "İnstagram"da Məlahət Abbasovaya öz təşəkkürünü bildirib.
Sevda Bayramova