Yevlaxda kafe yandı-FHN
    • 17-09-2019, 09:38
    • 857

Yevlaxda kafe yandı-FHN

Yevlax şəhərinin Varvara kəndində ümumi sahəsi 152 m² olan birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 56 m² sahədə və içərisində 3 ədəd soyuducu, 2 dəst stol-stul yanıb.

Fövqəlada Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.