Genişmiqyaslı təlimlərdə xəritə üzərində tapşırıqlar İCRA OLUNUR - VİDEO
    • 17-09-2019, 10:38
    • 729

Genişmiqyaslı təlimlərdə xəritə üzərində tapşırıqlar İCRA OLUNUR - VİDEO

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin növbəti mərhələsində plana uyğun olaraq qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritələr üzərinə işlənilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a veriln məlumata görə, mürəkkəb radioelektron şəraitdə kəşfiyyat və digər orqanlardan əldə olunan məlumatlar xəritələrdə əks olunur.

Mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.