Sumqayıtlıların etibarından sui-istifadə edən Etibar kimdir?
    • 17-08-2018, 13:47
    • 922

Sumqayıtlıların etibarından sui-istifadə edən Etibar kimdir?

Redaksiyamıza şikayət daxil olub.

 Məlikov Muxtar News24.az  saytına bildirib ki, 2016-cı ildə dostu, Məhərrəmov Etibar Əliş oğlu ondan külli miqdarda borc pul alıb tezliklə qaytacağını desə də, Türkiyəyə qaçıb.

"2016-cı ildə Etibar mənə dedi ki, bir problemim yaranıb, mənə pul lazımdır. Mən də bankdan öz adıma və dostumun adına pul götürüb verdim Etibara. Demişdi 3 ay sonra qaytaracaq. İndi onun mənə olan 20 min dollar borcunu ala bilmirəm, üstəlik özüm olmuşam məhkəməlik. Onun borcunu mən hissə-hissə ödəyirəm. Bu borc səbəbi ilə evimi satmağa məcbur olmuşam. Etibar məndən borc alıb gedəndən sonra, onun tez-tez getdiyi makler bazarında eşitdim ki, o təkcə mənə yox, neçə nəfər adama borcluymuş. Birindən 5 min alıb, birindən 4 min. Hardasa 10 adama üst-üstə 50 minə qədər borcu varmış. Bu pulu mən ona hansısa sənəd əsasında deyil, 6 nəfər yoldaşımın şahidliyi ilə vermişəm. Hər kəs bilir",- deyə şikayətçi bildirib.
 Etibar Məhərrəmovun Türkiyədəki nömrəsi ilə əlaqə saxlamaq istəsək də, zəngimizə cavab verilmədi. Ümid edirik ki, ilin-günün bu çətin vaxtında Etibar da köhnə dostunu çətinə salmamaq üçün bir az səy göstərər, məsələ həllini tapar.

Axı insanların inamını,ümidini, güvənini öldürmək elə insan öldürmək qədər ağır cinayətdir. 

Qarşı tərəfin münasibətini işıqlandırmağa hazırıq.

News24.az