Milli Bankın keçmiş rəhbərinin EVİNİ YANDIRDILAR - FOTO
    • 17-09-2019, 15:12
    • 719

Milli Bankın keçmiş rəhbərinin EVİNİ YANDIRDILAR - FOTO

Naməlum şəxslər Milli Bankın keçmiş rəhbərinin evini yandırıblar. 

News24.az "Novoe vremya"ya istinadən xəbər verir ki, bu barədə evi yandırılan Valeriya Qontaryova məlumat verib. Kiyev yaxınlığında yerləşən Qoreniçi qəsəbəsində yerləşən evə yanacaqla dolu butulka atılıb.

Hadisə zamanı ev tamami ilə yanıb.