-
- 18-09-2019, 16:33
- 855
Dindar valideynlər övladlarını məktəbə buraxmamaq üçün ONU "OĞURLATDILAR"
Dindar valideynlər övladlarını məktəbə buraxmamaq üçün onun oğurlandığını deyiblər.
News24.az "Gorod48"-ə istinadən xəbər verir ki, hadisə Lipetsk vilayətinin Yelets rayonunda baş verib.
Valideynlər uşağın məktəbə getməməsi üçün Panikovets kəndində səkkiz yaşlı qızının qaçırıldığını bildiriblər.
Məlumata görə, valideynlər uşağın təhsil almaması üçünkeşişin köməyi ilə onu gizli olaraq Moskvaya göndəriblər. Azyaşlı anasının vasitəsi ilə keşiş Fyodra təhvil verilib.
Uşağın yoxluğu məktəb direktorunun onu şagirdlərin sırasında görməməsindən sonra bilinib.
Məktəb müdiri məsələ ilə bağlı uşağın ailəsinə müraciət edib. Onlar uşağın itkin düşdüyünü bildiriblər. Bundan sonra könüllülər, yerli sakinlər, dalğıclar və müstəntiqlər qızı iki gün axtarıblar.
Sorğu-sual edilən valideyn hər şeyi etiraf edib və qızın Moskva yaxınlığındakı Şelkovo şəhərində olduğunu söyləyib.
Qeyd edək ki, araşdırma zamanı valideynlərin uşaqla qohumluğunu təsdiq edən heç bir sənəd tapılmayıb. Bu yalnız DNT müayinəsi ilə sübut olunub.