Tramp onları Amerika xalqının düşməni aldandırdı

Tramp onları Amerika xalqının düşməni aldandırdı Dünya

“The New York Times” qəzeti Amerika xalqının əsl düşmənidir və ölkənin milli təhlükəsizliyi üçün ciddi təhdid yaradır.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp səsləndirib.

“NYT-nin iflası, onların yalanları və faktları təhrif etməsi ölkəmizin milli təhlükəsizliyi üçün ciddi təhlükədir. Onlar xalqın əsl düşmənləridir”, - deyə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

Ağ Evin rəhbəri vurğulayıb ki, qəzetin saxta məqalə və rəylərdən ibarət fəaliyyəti dərhal dayandırılmalıdır.

Amerika lideri NYT-ni ilk dəfə tənqid etmir. Belə ki, noyabr ayında Tramp qəzetin onun iş qabiliyyətinə şübhə etdiyi materialına görə nəşrin jurnalistlərini dəli adlandırmışdı.