Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur - təşkil olundu

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur - təşkil olundu Sosial
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur təşkil olunub.

News24.az-ın xəbərinə görə, yeni Peşə Təhsil Mərkəzi ən müasir maddi-texniki avadanlıqlarla təchiz olunub. Mərkəzdə İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrik mühəndisliyi, avtomatlaşdırma və inşaat istiqamətləri üzrə kadrların hazırlanması nəzərdə tutulur. Tələbələrin bu ixtisaslar üzrə 1 və 3 illik təhsil alması üçün bütün lazımi imkanlar yaradılıb. Məşğulluğun artırılması məqsədilə qısa müddətli ixtisasartırma kurslarının da təşkil olunması gözlənilir.

Təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Mərkəzdə fəaliyyət göstərəcək 2 yataqxananın hər birində 90 tələbənin yaşaması üçün bütün lazımi şərait yaradılıb.

Afaq Mirayiq