Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub -VİDEO
    • 21-09-2019, 18:02
    • 1 013

Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub -VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.

News24.az xəbər verir ki, hadisə şəhərin Frunzen rayonunda 04:30 radələrində baş verib.

Davada ümumilikdə 20-yə yaxın insan iştirak edib. Hadisə zamanı beş nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq, xəstəxanaya yerləşdirilib.
Dava zamanı bıçaq və travmatik silahdan istifadə edilib.
Hadisənin dəqiq səbəbləri məlum deyil. Saxlanılanlar var.