Genuyada körpünün uçması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb
    • 18-08-2018, 10:58
    • 794

Genuyada körpünün uçması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb

İtaliyanın Genuya şəhərində körpünün uçması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

Dağıntılar altından bir ailənin 3 üzvünün meyitləri aşkarlanıb. 

Onların meyitləri avtomobilin içərisindən tapılıb. 

Qeyd edək ki, ilkin məlumata əsasən hadisə zamanı 38 nəfərin öldüyü açıqlanmışdı.