Rasim Balayev sözünü dandı:
    • 23-09-2019, 10:40
    • 1 614

Rasim Balayev sözünü dandı: "FƏRDAYLA MÜŞFİQ İSTEDADLIDIR"

Bir müddət öncə Xalq artisti Rasim Balayev gənc komediya aktyorlarını tənqid etmişdi. Sənətçi aktyorların qarasına Fərda, Elməddin, Müşviq kimi cavanlar antisanitariyadırlar. Efiri bu antisanitariya bürüyüb. Dərd odur ki, onlar meymunluğu sənətlə səhv salıblar"  kimi sərt ifadələr işlətmişdi.

News24.az xəbər verir ki, Xəzər TV-də yayımlanan "Şən Bazar" verilişinə telefonla bağlanan xalq artisti bu fikirləri təkzib edib. Bildirib ki, müsahibə zamanı alnaşılmazlıq olub, onun sözləri düzgün yazılmayıb. Əslində sözügedən aktyorlar istedadlıdırlar, lakin onlar üçün yaxşı ssenari yazan peşəkarlar yoxdur: "Bəzi aktyorlar bir az komediyanı başqa şeylərlə səhv salırlar" demişdim. Ad çəkməmişəm. Fərda, Müşviq də yaxşı uşaqlardı. Hiss olunur ki, istedadlıdırlar. Təəssüf ki, onlar üçün yaxşı ssenari yazan yoxdur".

Sevda Bayramova