Bu il Azərbaycanda 28 min ton şəkər çuğunduru yığılıb
    • 23-09-2019, 13:51
    • 901

Bu il Azərbaycanda 28 min ton şəkər çuğunduru yığılıb

Bu il Azərbaycanda 7345,93 hektar sahədə şəkər çuğunduru əkilib. Bu sahələrin 5693,13 hektarı sadə üsulla, 1652,8 hektarı isə pivot sistemi ilə suvarılır.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, ümumilikdə, bu il 25 rayonda şəkər çuğunduru becərilib. Ən çox şəkər çuğunduru İmişli (917,65 ha), Ağcabədi (843,5 ha), Tovuz (668 ha), Tərtər (670,45 ha) Beyləqan (557,7 ha), Füzuli (553.7 ha) rayonlarında əkilib.

hazırda respublikada şəkər çuğunduru yığımı davam edir. Sentyabrın 23-dək sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb. Yığım göstəricisinə görə Hacıqabul rayonu öndədir. Rayonda bu il 171,8 hektar sahədə şəkər çuğunduru becərilib, bu günədək sahələrdən 8 min 498 ton məhsul yığılıb.

Tovuz rayonunda 3 min 995 ton, İmişlidə 3 min 502 ton, Ağcabədidə 3 min 253 ton şəkər çuğunduru toplanıb. Şəkər çuğunduru yığımı davam edir.