“Çirkli su ilə çimməkdən başımızda tük qalmayıb” - Lökbatanda su QALMAQALI - VİDEO
    • 23-09-2019, 17:33
    • 2 947

“Çirkli su ilə çimməkdən başımızda tük qalmayıb” - Lökbatanda su QALMAQALI - VİDEO

“Elə ki, külək əsdi, yağış yağdı, içməli su palçığa dönür. Biz bu suyu içirik, övladlarımıza da veririk. Nə vaxtadək dözməliyik”.

Bunu News24.az-a Qaradağ rayonu Lökbatan qəsəbəsi massiv 1-də yaşayan  Turanə Zeynalova bildirib. Onun sözlərinə görə, Lökbatanda yağışlı, küləkli havada su palçığa dönür: “Buranın yollarının bərbad halı bir dərd, suyu bir başqa dərddir. Kim suyu bu vəziyyətdə istifadə edir?!  Biz bu suyu içirik, yemək hazırlayırıq, çimirik. İnanın, başımızda tük qalmayıb,  stəkanı yuyuruq pis qoxu gəlir. Elə mundar suyu içirik, təsəvvür edirsiniz? Salfetin üstünə su tökülür, palçıq rəngi verir. İ9 ay hava yağışlı, soyuq olacaq deyə, biz bu suyu içməliyik?!  

Məsələ ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı News24.az-a açıqlamaında şikayət olunan ərazinin yeni masssiv olduğunu deyib. Bildirib ki, orda vaxtilə primitiv şəbəkə qurulub: “Burada borular uzun müddətdir ki, istismardadır. Köhnə boru xətlərində qəza olan kimi su lillənir, bulanıqlıq artır. Orda başqa problem yoxdur”.

Afaq Mirayiq