"Çayniki səhər qoyuruq, axşama güclə qaynayır..." QAZSIZ QALAN LÖKBATAN -VİDEO
    • 4-11-2019, 18:28
    • 963

"Çayniki səhər qoyuruq, axşama güclə qaynayır..." QAZSIZ QALAN LÖKBATAN -VİDEO

“Havalar soyuyub, evdə qaz yoxdur, donuruq, evin içində kürkdə gəzirik”. 
Bunu News24.az-a Qaradağ rayon Lökbatan qəsəbəsi massiv 2, 3 ünvanında yaşayan Turanə Zeynalova bildirib. Onun sözlərinə görə, yaşayış massivinə demək olar ki, qaz verilmir: “Çox soyuqdur, evdə körpə uşağım soyuqdan göyərib. var. Bilmirəm nə edim. 185-ə zəng edirəm, cavab verən yoxdur. Qış rejiminə keçənə qədər çox gec olacaq. Bu qazla necə yemək bişirim, necə çay hazırlayım? Evdə beş nəfərik, hamımız xəstələnmişik. Hələ körpə uşağı demirəm. Axı belə, olmaz! Şam kimi qaz veriblər, çayniki səhər qoyanda axşama güclə qaynayır. Əlaqədar qurumlar elə bil burda insanlar yaşadığını unudublar. Su lilli gəlir, qaz belə, işıqlar da tez-tez sönür. Çox əziyyət çəkirik. Nə edək, dərdimizi kimə deyək?!”. 
Məsələ ilə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərovla əlaqə saxladıq. O problemin həll olunacağını bildirdi: “Bu əraziyə baxış keçirdik, həmin sakinlə görüşdük, qaz verilişində yaranan problemi aradan qaldırdıq”.   

Afaq Mirayiq