Şəhidimizin nəşi Azərbaycana qaytarıldı -DƏFNDƏN - FOTO-VİDEO
    • 24-09-2019, 12:51
    • 870

Şəhidimizin nəşi Azərbaycana qaytarıldı -DƏFNDƏN - FOTO-VİDEO

Sentyabrın 22-də cəbhəboyu zonada azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşi Azərbaycana qaytarılıb.

Məlumata görə, onun cənazəsi doğulduğu Quba rayonunun Qırmızı Qəsəbədə yerləşən evinə gətirilib.

Şəhid əsgərimiz rayonun mərkəzi qəbirstanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Bu gün əsgərimizin nəşi neytral ərazidən götürülüb.

/oxu.az/