-
- 24-09-2019, 14:22
- 800
AzTV-dən yeni mövsümlə bağlı HESABAT
"Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) yeni mövsümdə də bir sıra yeniliklərə start verib.
News24.az xəbər verir ki, bütün redaksiyalar yeni verilişlər təqdim edir, bir çox proqramlar isə yeni studiyalardan yeni formatda efirə çıxır.
"İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası"nın canlı verilişləri, tok-şouları yeni studiyalardan təqdim olunur. Ölkənin ictimai-siyasi həyatında baş verən ən aktual məsələlər həftə içi 5 gün "Əsas məsələ" tok-şousunda müzakirə olunur. Tam yeni və müasir standartlara cavab verən studiyadan təqdim olunan növbəti layihə - "Hədəf" ictimai-siyasi proqramında isə ölkə və beynəlxalq əhəmiyyətli hadisələrin təfərrüatları geniş təhlil olunur. Bu veriliş də həftə içi 5 gün yayımlanır və qonaqlar gündəmdə olan ən aktual məsələlərə münasibət bildirirlər. "Həftə", "Planet", "Parlament vaxtı", "Milli istehsal", "Gəncsən" kimi geniş tamaşaçı auditoriyası olan proqramlar da yeniliklərlə təqdim olunur.
Tezliklə təqdim olunacaq daha bir yeni layihə - "Çıxışa doğru" tok-şousunda isə əsasən sosial məsələlər, internet və media, informasiya təhlükəsizliyi kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Qeyd edilən mövzularla bağlı yarana biləcək mübahisəli məsələlərdən çıxış yolları axtarılacaq.
"İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası"nın yaxın günlərdə təqdim edəcəyi yeni layihələrdən biri də "Azərbaycan deyəndə" proqramı olacaq. Dünya azərbaycanlılarının fəaliyyəti, təşkilatlılıq səviyyəsi, milli diasporumuzun hədəf və prioritetləri həftədə bir dəfə bu verilişdə müzakirə olunacaq.
Tamaşaçılar ölkə və dünya iqtisadiyyatında baş verən ən vacib iqtisadi yeniliklər barədə həftə içi 5 gün "İqtisadiyyat xəbərləri"ndən məlumat alırlar .
"Xəbərlər"in efir saatlarında da optimallaşdırma həyata keçirilib. Proqram gün ərzində Azərbaycan, rus və ingilis dilində olmaqla 13 dəfə efirə çıxır.
Bu mövsümdən etibarən məşhur kulinar, yazıçı və fotoqraf Stalik Xankişiyevi də Azərbaycan Televiziyasının efirində görmək mümkün olacaq. Tamaşaçılar onun təqdimatında efirə gedən “Qazan-Manqal” proqramında Şərq mətbəxinin sirrlərinə yiyələnəcəklər.
“Belə-belə işlər” layihəsi də artıq efirdədir. Azərbaycan və dünya tarixinin maraqlı faktlarının təqdim olunduğu veriliş həftə içi 5 gün saat 21.30-da efirdə olacaq.
Növbəti yeni layihə - "Analar Akademiyası" isə gənc analar və ana olmağa hazırlaşan xanımlar üçün maarifləndirici olmaqla yanaşı, eyni zamanda, uşaq tərbiyəsində önəmli rol alan məqamların təbliği və analığın ən gözəl tərəflərini göstərən, daha diqqətli və bilikli ana olmağa səsləyən bir verilişdir. 35 dəqiqə davam edən verilişdə analar üçün ən aktual olan mövzuların müzakirəsində mütəxəssislər, yaradıcı, sosial həyatı aktiv olan analar və bəzən həkimlər qonaq olur. Veriliş həftə içi 5 gün saat 11.20-də canlı efirə çıxır.
Yayımlandığı gündən özünə geniş tamaşaçı auditoriyası toplayan "Ağ-qara" proqramı yeni mövsümdə də Kamran Ağabalayev və Həcər Ağayevanın təqdimatında həftə ərzində 2 gün (şənbə və bazar) yeni mövsümdə də bir-birindən maraqlı qonaqlarla standartdan kənar, bir qədər fəlsəfi, ən baçlıcası isə səmimi söhbətlərlə görüşünüzə gələcək.
Yeni layihələrdən biri - "Mən, Sən, O" proqramı da yeni mövsümdən etibarən artıq efirdədir. Həftə içi 5 gün, saat 18.30-da yayımlanan proqram efirə başladığı gündən xüsusilə gənclərin böyük marağına səbəb olub. "Mən, Sən, O" gəncləri maraqlandıran müxtəlif sahələr üzrə tamaşaçı auditoriyasını maarifləndirməklə yanaşı, əyləncə, həmçinin gənclərin öz vaxtlarını səmərəli keçirmələri üçün əlverişli tövsiyə və məsləhətlərlə zəngindir.
"Gənclik stansiyası", "Gün başladı", "Telesəhər", "Görüş yeri" kimi böyük tamaşaçı auditoriyası olan proqramlar da bir-birindən maraqlı təqdimatlar və qonaqlarla, yeni, müasir studiyalardan tamaşaçıların görüşünə gəlir.
Azərbaycan televiziyası yeni mövsümdə balacaları da yaddan çıxarmayıb. Belə ki, hər bazar saat 11.30-da yayımlanan "Bəlalar"da azyaşlılar üçün bir-birindən maraqlı mini-filmlər təqdim edilir. Tanınmış aktyorların da iştirak etdiyi proqram azyaşlıların həm əylənməsinə, həm də maariflənməsinə xidmət edir.
İnsanların sağlamlığı ilə bağlı bütün sualların cavabı yeni mövsümdə də "Sağlam ol" verilişində tapılacaq. Səhiyyə sahəsində tanınmış, peşəkar mütəxəssislər tibb sahəsindəki yeniliklər, eləcə də sağlamlıqla bağlı bütün tövsiyə və məlumatları həftə içi 5 gün canlı yayımlanan "Sağlam ol" proqramından ala biləcəklər.
Yeni mövsümdə yeni layihələrdən biri də "Baku s Nadejdoy" proqramı olacaq. 1980-ci illərin sonunda AzTV-də publisistik proqramlar aparan teleaparıcı Nadejda İsmayılova illər sonra yeni proqramla tamaşaçıların qarşısına çıxacaq. Bakının simvollarından biri olan Nadejda İsmayılova doğma paytaxtımıza bağlı olan, yaşından, peşəsindən asılı olmayaraq ən maraqlı insanlarla görüşərək, onlara öz təssüratlarını bölüşmək imkanı yaradacaq.
Teleaparıcı Hüsniyyə Məhərrəmovanın təqdimatında yayımlanacaq "1 Aztv" proqramı isə tamaşaçılara maraqlı və əyləncəli anlar yaşadacaq.
"Məlahətli qonaqlar" proqramında isə Azərbaycan və Türkiyənin tanınmış sənət adamları, tanınmış simalar tamaşaçılara təqdim edilir, onların həyat və yaradıcılığından bəhs edilir. Aparıcısı tanınmış aktrisa Məlahət Abbasova olan verilişin ilk buraxılışı sentyabrın 22-də saat 22.45-də efirə gedib.
Eyni zamanda, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi və “Sabah” Yaradıcılıq Emalatxanası tərəfindən yeni film və tamaşalar təqdim olunacaq. Onlardan bəzilərinin çəkilişləri artıq başa çatmaq üzrədir, bəzilərinin çəkilişləri davam etdirilir, bir çoxuna isə qısa müddət ərzində başlanılacaq. Tamaşaçılar tezliklə xalq artisti, görkəmli rejissor Ramiz Həsənoğlu və Nazim Məmmədovun quruluş verdiyi, böyük filosof-şair İmadəddin Nəsiminin həyatından bəhs edən "Son gecə" filmini məhz Azərbaycan Televiziyasının efirindən izləyə biləcəklər. Həmçinin televiziyanın "Qızıl Fondu"nda saxlanılan "Yarımştat" və "Bala-başabəla" tamaşalarına quruluş verən tanınmış rejissor Şərif Qurbanəliyevin təqdimatında ikihissəli, tammetrajlı "Zəng" bədii filmi də tezliklə ekranlara işıq salacaq.
Yeni mövsümdə “Mədəniyyət” kanalında da yeniliklərə şahidlik edəcəyik.
Kanalda yaxın günlərdə “Məhsəti” operasının premyerası, “Bal rəqsləri günü”, Milli parkda Avropa bəstəkarlarının əsərlərindən ibarət konserti izləyə biləcəyik.
Hər səhər insanlara xoş əhval bəxş edən "Səhər çağı" proqramı da yeni studiyadan tamaşaçıların görüşünə gəlir.
Dünya və ya yerli ədəbiyyatın ən yaxşı poeziya nümunələri "Ədəbi niyyət"də Kamran Ağabalayevin ifasında həftə boyu 7 gün poeziyasevərlərin ruhunu oxşayacaq.
Oktyabr ayı ərzində isə Azərbaycan Nəfəs Alətləri festivalı, Azərbaycan Xalq Mahnıları festivalı, xalq artisti Lütfiyar İmanovun, əməkdar artist Sahibə Əhmədovanın, xalq artisti Şövkət Ələkbərovanın yaradıcılıq gecələri, eləcə də Milli Müstəqillik gününə həsr edilmiş tədbirin yayımı nəzərdə tutulub. Yeni mövsümdə tamaşaçılar Azərbaycan Vokalçılar festivalını da “Mədəniyyət” kanalında izləyə biləcəklər.
“İdman” TV-nin efiri də yeni mövsümdə zənginliyi ilə seçiləcək. Yaponiyanın paytaxtı Tokioda keçiriləcək növbəti Yay Olimpiya Oyunlarının həyəcanının tamaşaçılar “İdman” TV ilə yaşayacaqlar. Bununla əlaqədar qarşıdakı mövsümdə telekanalda yeni layihələr hazırlanmaqdadır. Bunların arasında ilk növbədə “Olimpiya marafonu” intellektual-əyləncəli proqramını qeyd etmək olar. Olimpiadanın açılış mərasiminədək Azərbaycan idmançılarının müvafiq yarışlarda çıxışlarına, habelə ümumən beynəlxalq olimpiya hərəkatının tarixinə dair maarifləndirici məqamlar “Olimpiya marafonu” proqramında öz əksini tapacaq. Bu qəbildən daha bir layihənin - “Peloton” proqramının yeni məzmunda davam etdirilməsi nəzərdə tutulmuşdur.
Həmçinin Azərbaycanın əfsanəvi idmançılarına həsr olunan “İdman korifeylərimiz”, habelə beynəlxalq miqyasda tanınan əcnəbi atletlərdən bəhs edən “İdmanı sevdirənlər” başlıqları ilə portret verilişlərin yeni buraxılışları, televiziya filmləri hazırlanacaq.
Müxtəlif növlər üzrə dünya və qitə çempionatları, Formula-1 turnirləri, habelə qitənin ayrı-ayrı federasiyalarının ən mötəbər yarışları, ölkəmizin milli çempionatları məhz “İdman” TV-də kanalda azarkeşlərə təqdim olunacaq.
Planetimizdə ən çöx maraq doğuran yarışlardan biri - futbol üzrə dünya çempionatının yayımı 2014 və 2018-ci illərdə “İdman-Azərbaycan” kanalına həvalə edilmişdi. Növbəti mövsümün daha bir mötəbər idman tədbiri - futbol üzrə Avropa çempionatının qrup və pley-off oyunlarının da “İdman-Azərbaycan” kanalında yayımlanacağı gözlənilir.
QSC-nin nəzdindəki Teleradio Akademiyası da yeni tədris ilinə hazırdır. Bu ay ərzində Akademiya müxtəlif peşələr üzrə dinləyicilərin qəbulu ilə bağlı yeni müsabiqə elan edəcək. Hazırda müsabiqənin şərtləri müəyyənləşdirilir. Müsabiqədən keçən dinləyicilər Teleradio Akademiyasında təhsil almaq imkanı qazanacaq və sertifikatla təmin olunacaqlar.
Yeri gəlmişkən, yay tətili ərzində Akademiyanın bir qrup müəllimi tv və radionun müxtəlif aspektlərindən bəhs edən məqalələr yazıb. Həmin məqalələr broşür şəklində dərc olunacaq və dinləyicilərin istifadəsinə veriləcək.
Bu yenilikər davamlı olacaq.