Azərbaycana gələn avtomobildən 7 min güllə TAPILDI
    • 24-09-2019, 19:08
    • 663

Azərbaycana gələn avtomobildən 7 min güllə TAPILDI

Rusiya istiqamətindən Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes-Benz Viano" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa yük yerinin sol tərəfindəki örtüyün altında və ön sağ oturacağın altında olan boşluqlarda 14 ədəd metal qabda üzərində "Exact Jumbo Heavy Diabolo" yazısı olan 7000 ədəd yarımkürə formasında tir tüfənginin gülləsi aşkar olunub.