Gömrükçülər 2500 ədəd papiros AŞKARLADI
    • 5-09-2019, 13:00
    • 789

Gömrükçülər 2500 ədəd papiros AŞKARLADI

Rusiya Federasiyası istiqamətindən  Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21113" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, nəticədə nəqliyyat vasitəsinin ön sol qapısının örtüyünün arxasındakı boşluqlarda, gömrük nəzarətindən gizlədilən 2500 ədəd "Belomorkanal"  markalı papiroslar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.