Gəncədə evdən silah və narkotik maddə tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Ə.İsgəndərlidən nömrəsiz “Naqan” markalı tapança, 4 ədəd “Preqbalin” həbi və 2 ədəd metadon aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
17:21
16:43