YAP gələcək Azərbaycan üçün yaradılıb”- ƏLİ HƏSƏNOV
    • 25-09-2019, 12:45
    • 634

YAP gələcək Azərbaycan üçün yaradılıb”- ƏLİ HƏSƏNOV

"Partiya gələcək Azərbaycan üçün yaradılıb. Ümummilli lider Heydər Əliyevi də hakimiyyətə xalq gətirdi. O, xalqı xilas etdi. Bu gün Azərbaycan inkişaf etmiş dövlətdir, insanlarımızın dünyaya çıxışı var".

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov Sumqayıtda partiya fəalları qarşısında çıxışı zamanı deyib.
Ə.Həsənov son 15 ildə görülən işlərdən danışaraq bildirib ki, görülən işlərə Prezident-Xalq birliyi nəticəsində nail olunub: "Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi artım, inkişaf yoxdur. Bu nə Amerikada, nə Rusiyada nə də başqa ölkədə var. Azərbaycan Prezidenti dünyanın nüfuzlu siyasi xadimləri sırasında yer alır". /APA/