"İyrənmişəm artıq..." - Rasim Balayev QƏZƏBLƏNDİ
    • 25-09-2019, 15:36
    • 1 173

"İyrənmişəm artıq..." - Rasim Balayev QƏZƏBLƏNDİ

Yerli mediada xalq artisti Rasim Balayevin səhhətinin pisləşdiyi haqda xəbərlər dərc olunub. Həmin xəbərlərdə İddia olunub ki, Rasim Balayevin sağlamlığında ciddi problemlər var hətta ayaqları tutulub. 

Məsələylə bağlı News24.az-a açıqlama verən xalq artisti bildirib ki, yayılan xəbərlər şaiyədən başqa bir şey deyil: "Mən heç kimə müsahibə vermirəm. Mənə zəng gəldi, dedim hazırda müalicə prossedurundayam sonra zəng edərsiniz. Bunlarda götürüb hər şeyi şişirdib nələr yazıblar. İyrənmişəm artıq bu nə səviyyəsizlikdir? Hər sözümə don geyindirirlər. Belimlə əlaqədar prossedurlardan keçirəm. Ayaq tutulması nədir? Həkimdən çıxmışam, hazırda hətta sükan arxasındayam".

Sevda Bayramova