-
- 25-09-2019, 15:27
- 881
Azərbaycan təhsilində YENİLİK
Azərbaycanda ümumi təhsil müəssisələrində yeni STEAM layihəsinə start verilib.
Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsində STEAM layihəsi tətbiq olunmağa başlayır. Layihə çərçivəsində tədrisə ümumilikdə 6000-dən çox 6-cı sinif şagirdi cəlb ediləcək. STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. Layihə ilə əlaqədar nazirlik “steam.edu.az” portalı da istifadəyə verib. Layihənin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisidir.