-
- 22-10-2019, 17:37
- 823
3 və 4 yaşlı 6197 uşaq icma əsaslı qruplarda təhsilə cəlb olunub- NAZIRLIK
"İcma əsaslı məktəbəqədər təhsil" pilot layihəsi çərçivəsində hazırda 32 rayon (şəhər) üzrə ümumilikdə 320 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir.
Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, 6197 nəfər 3 və 4 yaşlı uşaq bu qruplarda məktəbəqədər təhsilə cəlb edilib.
Layihə çərçivəsində təlimlərdə iştirak etmiş 320 tərbiyəçi bu qruplarda çalışır.
Qeyd edək ki, layihə Təhsil Nazirliyi tərəfindən 2017-ci ildən etibarən həyata keçirilir. Layihə çərçivəsində 2018-ci ildə regionlar üzrə 50 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb. 2019-cu ildə əlavə olaraq 13 icma əsaslı məktəbəqədər təhsil qrupu açılıb. Cari ilin oktyabr ayından isə Təhsil Nazirliyi tərəfindən 257 ümumi təhsil müəssisəsində eyni sayda icma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyətə başlayıb.
İcma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılmasında əsas məqsəd məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə 3-4 yaşlı uşaqlara məktəbəqədər təhsil imkanı qazandırmaq, eyni zamanda məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında vətəndaş cəmiyyəti nümayəndələri və icma əsaslı qrupların, o cümlədən valideynlərin rolunu artırmaqdır.
Mərkəzlərdə dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrup tərəfindən hazırlanmış proqram əsasında aparılır. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası - sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir. İcma əsaslı məktəbəqədər təlimlərdə valideynlər də dərs prosesində yaxından iştirak edir, müəllimlərin köməkçisinə çevrilirlər. 20 nəfər üçün nəzərdə tutulan qruplarda məşğələlər həftədə 4 dəfə, 2-2.5 saat olmaqla keçirilir.