"İstəsəniz Filipp Kirkorov ilə sevgili olarıq..." - AYGÜN KAZIMOVA
    • 26-09-2019, 17:02
    • 1 221

"İstəsəniz Filipp Kirkorov ilə sevgili olarıq..." - AYGÜN KAZIMOVA

"Zima" Beynəlxalq Uşaq Festivalında iştirak etmək mənə xüsusi həyəcan verir. Necə ki, idmançılar öz güclərini yarışlarda nümayış etdirirlər, o cümlədən də müğənnilər layihələrdə, müsabiqələrdə, festivallarda mütləq şəkildə iştirak edib, məharətlərini göstərməlidirlər. Bu, onların inkişafı istiqamətində böyük rol oynuyacaq".

News24.az xəbər verir ki, bu sözləri xalq artisti Aygün Kazımova jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
Üçüncü dəfə paytaxtımızda təşkil olunacaq "Zima" beynəlxalq uşaq  festivalında bu il iştirak edəcək Kazımova azyaşlılar barədə fikirlərini səsləndirib: "Qız, ya da oğlan fərq etməz kiminlə çalışacam. Əsas odur ki, iştirakçıya özümdən nəsə qatım, onun püxtələşməsinə kömək edim. Uşaqlar barəsində ən böyük təcrübəm qızım İlqarədir. Nə olsun ki, İlqarə qızımdır amma buna baxmayaraq biz çox fərqliyik. İstədim, istəmədim, arzu etmədən İlqarənin bu cür istedadı oldu. O, astagəldir, mən isə tezgələm. Biz onunla pillə-pillə qalxmışıq. Balacalarla çalışmaq gənclərdən daha çətindir. Çünki, onlar səni tam olaraq anlamırlar. Əgər yatmaq vaxtları gəlibsə yatacaqlar və yaxud yemək istəsələr yeyəcəklər ona görə də çətindir. Amma məncə uşaqlarla çalışmaq daha da maraqlıdır. Onları sevirəm çünki vəfalıdırlar".

Xanım ulduz görünüşündəki fərqliliyindən də danışdı: "Təbiətçə çox dəyişkən insanam. Fərq etməz layihəm var, ya yox. Dəyişməyi sevirəm. Uzun müddətdir qısa, sarı saçlarla idim ona görə də, bir az fərqlilik etmək istədim. Gecə yatanda bir anlıq dəyişmək fikri ağlıma gəldi. Məndə nə olursa olsun elə bir toxunuşda olur".

Xalq artisti hazırda həbsdə olan Fədayə Laçınla bağlı suala da cavab verib: "Allah ora düşən hər kəsin qapısını açsın. Tezliklə evlərinə, ailələrinə dönsünlər. Mənə elə gəlir ki, bundan başqa nəsə arzu etmək, söz demək olmaz. Allah köməyi olsun".

Son zamanlarda Rusiya mediasında Filipp Kirkorov ilə sevgili oluqları barəsində yayılan dedi-qodulara Kazımova özünəməxsus şəkildə cavab verib:
"Siz ki, bilirsiniz nəyin nə olduğunu. Sevgili deyilik, amma istəsəniz olarıq. Həyatımda sizdən başqa heç kim yoxdur"

Sevda Bayramova