Bakıda “məhəbbət üçbucağı”: evli qadın evinə Hacı gətirdi, ərinə hiylə qurdu
    • 26-09-2019, 21:36
    • 1 065

Bakıda “məhəbbət üçbucağı”: evli qadın evinə Hacı gətirdi, ərinə hiylə qurdu

Bakıda "məhəbbət üçbucağı" zəminində baş vermiş növbəti cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

News24.az virtualaz.org-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı müttəhimlər kürsüsündə 49 yaşlı İntiqam Abbasov dayanmışdı. Ona qarşı qəsdən adam öldürməyə cəhd və xuliqanlıq ittihamı irəli sürülüb.

Hadisə ötən il avqustun 20-də Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən "Araz" restoranın qarşısında baş verib. Həyat yoldaşının Hacı Cavadovla yaxın münasibətdə olub-olmadığını  dəqiqləşdirmək istəyən  İ.Abbasov həmin ünvana yollanıb. H.Cavadov ona deyib ki, belə münasibət olub, amma Lətifə Abbasovanın (ad və soyad dəyişdirilib-red.) evli olduğunu öyrəndikdən sonra ondan ayrılıb.

Ailə şərəfinin ləkələnməsindən hiddətlənən İ.Abbasov Hacını öldürmək qərarına gəlib və bıçaqla H.Cavadova zərbə endirib. Hacının hadisə yerində olan tanışları - Şərafəddin Kərimov və Azər İbrahimov ona yardım etmək istədikdə İntiqam əlindəki bıçaqla onların üstünə sarı gedib. Yaralının çoxlu qan itirdiyini görən Şərafəddin Hacıdan əl çəkməsini tələb edib. İntiqam isə bu dəfə bıçaqla Şərafəddinə zərbələr endirib.