-
- 29-09-2019, 00:29
- 1 078
Kim Kardaşyan ermənilərin qınağına tuş gəldi- Türklərlə çalışdığı üçün
ABŞ-dakı erməni diasporunun nümayəndələri məşhur erməni model və aktrisa Kim Kardaşyanı tənqid atəşinə tutublar.
News24.az xəbər verir ki, bu barədə “Gazeta.ru” xəbər yayıb.
Atası, vəkil Robert Kardaşyan erməni, anası isə amerikalı olan Kim “dünyanın ən tanınmış ermənisi” adlandırılır.
Kim Kardaşyanın Türkiyədə alt paltarı istehsal etməsi qərarı əvvəllər “Kardaşyan ailəsinin həyatı” realiti şousunu alqışlayanların etirazlarına səbəb olub.
ABŞ-ın Erməni Milli Komitəsi (ANCA) sentyabr 25-də milyonlarla dəstək alan “tvit” paylaşıb. Ertəsi gün nüfuzlu təşkilat iddialarını şərh edərək yazdıqlarına haqq qazandırmağa çalışıb.
“Türkiyədə markanızın bəzi məhsullarını istehsal etmək istədiyinizi gördük. Zəhmət olmasa əla sənətkarları və xidmətləri ilə məşhur olan Ermənistanda da bunu düşünün”, - deyə qurumdan açıqlama verilib.
Buna cavab olaraq Kardaşyan türk fabriklərindən istifadə qərarının ideologiyaya yox, işgüzar faydalara əsaslandığını izah edib. Onun sözlərinə görə, Türkiyədə fəaliyyət göstərən bir sıra fabrikləri təklif edən mütəxəssislərlə məsləhətləşib. Marka sahibi daha ucuz və daha rahat olduğu yerdə istehsaldan ibarət olan biznes strategiyasını vətənpərvərlik anlayışına tam cavab verdiyini vurğulayıb: “Biz hər hansı bir şəxsə və ya ayrı bir millətə qarşı ayrıseçkilik etməyə qarşıyıq”.