Azərbaycanda fermer təbiətə 37650 manatlıq ZİYAN VURDU
    • 30-09-2019, 15:32
    • 795

Azərbaycanda fermer təbiətə 37650 manatlıq ZİYAN VURDU

"Əkinçi BO Fermer Təsərrüfatı” MMC tərəfindən Ağcabədi rayonunun Harami düzündə aqroparkın yaradılması məqsədilə suvarma sisteminin quraşdırılması zamanı tikinti altına düşəcək ağacların məhv edildiyi aşkar olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən News24.az-a faktla bağlı "Əkinçi BO Fermer Təsərrüfatı” MMC barəsində ağacların köçürülməsinə aid verilmiş icazəyə əməl edilmədiyinə görə akt tərtib olunub və təbiətə 37650 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağcabədi rayon Prokurorluğuna göndərilib.