İki telekanalın reklam hüquqları ƏLLƏRİNDƏN ALINDI
    • 30-09-2019, 16:24
    • 726

İki telekanalın reklam hüquqları ƏLLƏRİNDƏN ALINDI

ATV və ARB-nin kommersiya fəaliyyətində dəyişiklik baş verib.
Səbəbi açıqlanmadan efirlərində yayımladıqları reklamların satış hüquqları ATV və ARB-dən alınaraq başqa bir şirkətə verilib.
Bununla bağlı artıq reklamçıların məlumatlandırıldığı bildirilir.
Faktı ATV və ARB-nın reklam rəhbəri İsmayıl Həsənov təsdiqləyib. İsmayıl Həsənov yaxın günlərdə hər iki telekanalın məsələ ilə bağlı geniş məlumat verəcəyini bildirib. /teleqraf.com/