-
- 1-10-2019, 00:08
- 884
“Aləm dəyib bir-birinə, qərardan şokdayıq” – Fədayə Laçının bacısı
Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçının cəzası 2 ilə endirilib. Belə çıxır ki, müğənni təxminən bir ay sonra azadlığa çıxacaq.
News24.az xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-un əməkdaşı müğənninin bacısı İlahə Fəda ilə əlaqə saxlayıb.
O, məhkəmənin qərarından şoka düşdüyünü deyib: “Aləm dəyib bir-birinə. Məhkəmənin qərarından hamımız şokdayıq. Sevincimiz o qədər böyükdür ki, başqa heç nə danışa bilmirəm”.
Qeyd edək ki, bu günlərdə jurnalist Mir Şahin Ağayev, deputat Çingiz Qənizadə, bir sıra sənətçilər müğənninin bağışlanması üçün çağırış etmişdilər.