-
- 1-10-2019, 00:32
- 884
"Fuad Poladov tüpürüb çıxdı, vəfat etdi" - Afaq Bəşirqızı
Xalq artisti Afaq Bəşirqızı İTV-də yayımlanan "3D" verilişinin qonağı olub.
News24.az xəbər verir ki, Afaq Bəşiqrızı verilişdə Prezident İlham Əliyevin mədəniyyət işçiləri ilə görüşü zamanı ölkə başçısına müraciətindən söz açıb. Aktrisanın sözlərinə görə, həmin çıxışdan sonra prezidentin imzaladığı müvafiq sərəncamlarla teatr sahəsində müsbət dəyişikliklər olub:
"O vaxtdan bu yana aktyorların maaşı 50 faiz artdır. Müraciətimdən sonra cənab prezident teatra akademik adı verdi. Ona görə də əlavə faiz artımı oldu. Sentyabrın 1-dən də maaşlar daha 40 faiz artdı. Yenə də sözümün üstündə dururam ki, prezidentin imzaladığı sərəncamdan sui-istifadə edən məmurlar var. O faiz söhbətlərində də qeyri-qanuni işlər görüldü. Belə başa düşürəm ki, bunu məmurlara tərgidə bilməyəcəyik. Bunu təkcə Afaq Bəşirqızı deməməlidir. İncəsənətə dəyər verənlər səsimə qoşulmalıdırlar. İncəsənətdə hegamonluq edənlər digər sahələrdən qat-qat çoxdurlar. Amma bu sahədə hegamonluq olmaz. Burada "bu mənimdir, ata malıdır" deyilməməlidir. Təəssüf ki, buna susmaqla cavab veririk. Mən üzərimə düşən vətəndaşlıq borcumu yerinə yetirirəm. Amma başqasına deyə bilmirəm ki, vətəndaş, adam ol. Buna mədəniyyətim imkan vermir. Amma onun şüuru var, başa düşməlidir ki, onun üçün danışmışam. Teatrın problemi həddindən artıq çoxdur. Teatr aləmində təsadüfi, teatrı başa düşməyən, qanmayan adamlar var. Yenidən prezidentlə görüşmək imkanım olsa, xahiş edərdim ki, bir islahat keçirsin".
Afaq Bəşirqızı Fuad Poladovun ölümündən əvvəl teatrdan ayrılmasından da danışıb:
"Fuad Poladov haqsızlığı götürmədi. O, öz sözünü deməyi bacaran xarakter idi. Fuad Poladov gərək sözünü deyəydi. O, tüpürüb çıxdı. Amma bu, onun uduşu yox, ölümü oldu. Poladova təsir edən hadisə qısa zamanda onu çox ağır xəstəliyə tuturdu və o, vəfat etdi".
/Qafqazinfo/