Günəş və Ay tutulmalarının vaxtı açıqlandı
    • 1-10-2019, 14:07
    • 1 104

Günəş və Ay tutulmalarının vaxtı açıqlandı

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə gözlənilən Günəş  və Ay tutulmalarının vaxtını açıqlayıb.

News24.az APA-a istinad olaraq bildirir ki, rəsədxanadan verilən məlumata görə, 2020-ci ildə 6 tutulma (2 Günəş, 4 Ay tutulması) hadisəsi müşahidə olunacaq.  Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş verib. İl ərzində ən çox tutulma hadisəsi isə 2038-ci ildə baş verəcək. 7 tutulma hadisəsindən 3-ü Günəş, 4-ü isə Ay tutulması olacaq. Bu sayda tutulma axırıncı dəfə 1973-cü ildə baş verib.

2020-ci ildə baş verəcək 6 tutulma hadisəsindən  Azərbaycanda yalnız 3-ü müşahidə olunacaq. Bunlardan 1-i Günəş, 2-si isə Ay tutulması olacaq.