Azərbaycanda Ay tutulması saat 01:12- də başa çatacaq
    • 10-01-2020, 23:26
    • 1 125

Azərbaycanda Ay tutulması saat 01:12- də başa çatacaq

2020-ci ildə dörd Ay tutulması hadisəsi baş verəcək. Bu təbiət hadisələrindən yalnız ikisi Azərbaycanda müşahidə ediləcək. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək.
News24.az xəbər verir ki, hazırda ilin ilk Ay tutulmasının baş verir.
Təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:08-də başlayıb, saat 01:12-də isə sona çatacaq. Tutulma maksimum olaraq saat 23:11-də baş verəcək və Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.
ikinci Ay tutulması 2020-ci il iyunun 5-dən 6-na keçən gecə baş verəcək. Yarımkölgəli Ay tutulması olacaq. Tutulma hadisəsi 21:46-da başlayacaq və 01:04-də sona çatacaq. Tutulmanın maksimumu 23:26-da olacaq. Təbiət hadisəsini Avropa, Asiya, Afrika və Avstraliyada müşahidə etmək mümkün olacaq. Adi gözlə görünməyəcək proses yalnız xüsusi cihazlar vasitəsilə izlənəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.