Həftənin ilk iş gününün HAVA PROQNOZU
    • 20-08-2018, 12:07
    • 782

Həftənin ilk iş gününün HAVA PROQNOZU

Sabah respublika ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 21-24°, gündüz 25-29° isti olacaq.

Abşeron yarımadasının şimal və cənub çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanların ehtiyatlı olmaları tövsiyə edilir.

Rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Cənub və şima-qərb bölgəsində gecə və səhər bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.