-
- 20-08-2018, 12:42
- 766
“Məni bezdirmişdi, əsəbiləşib çoxlu bıçaq vurdum” - Rəfiqəsini öldürüb parçalayan
Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini öldürüb parçalamaqda təqsirləndirilən İrina Qorlovanın məhkəməsi keçirilib.
Hakim Rahib Salmanovun icraatında olan prosesdə şahidlər ifadə verib.
Taksi sürücüsü Yavər Məhərov deyib ki, İrina dəfələrlə maşınımla harasa gedib: "Qətl olan gün mən rayonda idim. Maşın lazım olduğunu, yükünün ağır olduğunu dedi. Mən isə gələ bilməyəcəyimi bildirdim.
Hadisə baş verən gün mərhumun parçalarının daşındığı taksinin sürücüsü isə hələ ki, məhkəmədə ifadə verməyib.
İttihama görə, İrina rəfiqəsinin evini ələ keçirmək məqsədi ilə onu öldürüb.
İ.Qorlova isə qətli etiraf etsə də, evi ələ keçirmək ittihamını qəbul etməyib: "Məni bezdirmişdi, əsəbiləşib çoxlu bıçaq vurdum. Mənlə mübahisə edirdi ki, niyə pul gətirməmişəm, niyə içki almamışam.
İttihama görə, 2017-ci il fevralın 16-da səhər saatlarında Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində qadın əzaları tapılıb.
Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.
Mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və bu il fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İ.Qorlova tərəfindən küt alətlə qətlə yetirildiyi, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən
edilib.
//Qafqazinfo