-
- 2-10-2019, 20:36
- 1 141
Əhməd bəy Ağaoğlunun 150 illik ildönümü ilə bağlı tədbir keçirildi
Bu gün Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan və Türkiyə ictimai xadimi, siyasətçisi, jurnalisti, pedaqoqu, yazıçısı Əhməd bəy Ağaoğlunun 150 illik ildönümü ilə bağlı təbir keçirilib.
News24.az xəbər verir ki, tədbir aparıcı Emin Musəvinin zalda əyləşənləri salamlaması və məlumat verməsi ilə başlayıb. Daha sonra isə Əhməd bəy Ağaoğlunun həyatı haqda film nümayiş edilib.
Filmdə Millət vəkili Qənirə Paşayeva, xalq yazıçısı Elçin, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov Ə.Ağaoğlu haqda geniş məlumat veriblər.
Daha sonra Elmlər akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxış edib:
"Möhtərəm prezidentimizin sərəncamı ilə Əhməd bəyin 150 illiyi keçirilir. Cənab prezidentin bu sərəncamı bu günə böyük məna verir.
Məmməd Əmin Rəsulzadənin Əhməd bəylə bağlı belə bir sözləri var idi: "Mən Əhməd bəylə həmkarlıq edərkən. Yaxşı bilirdim ki, o qəhrəmancasına çalışır". Bu, həqiqətən də belədir.
Onun ömrünün mənası mübarizə olub. O, düşünürdü ki, nə üçün müsəlmanlar geri qalır? Onun bu mübarizəsi müsəlman və Azərbaycan üçün olub. O elə qərara gəlirdi ki, müsəlmanlar mütləq Avropa dəyərlərini yerinə yetirməlidir. O qadın azadlığı haqda da düşünür, bunu dəstəkləyirdi"
Tədbirdə Əhməd bəy Ağaoğlunun nəticəsi, onun adını daşıyan Əhməd Ağaoğlu çıxış edib. O, tədbirin təşkilinə görə təşəkkürünü bildirib.
Gecədə Mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Təhsil naziri Ceyhun Bayramov, millət vəkili Qənirə Paşayeva, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoraliştirak edib.