"İstəmirəm onun üçün ağzımı yorum..." -
    • 3-10-2019, 13:08
    • 839

"İstəmirəm onun üçün ağzımı yorum..." - "Maşın"dan uzaqlaşdırılan Kərim DANIŞDI

"Maşın şou"nun ilk günü qalmaqalla yadda qalıb.

Müğənni Kərim Abasovla Nazim Pişyari arasında mübahisə olub. Sən demə səsverməyə çıxarılan aşıq Namiq Fərhadoğluna əvvəlcədən Nazim Kərimi çıxartmaq istədiyini söyləyib. Fərhadoğlu da dostunun sözündən çıxmayaraq məhz Kərim Abasovu şoudan kənarlaşdırıb.

Şou zamanı Kərim Nazimə "bilmirdim Nazim bu qədər çürükcüdür. 12 ilin söhbətini edir. El məclisində problemimiz olmuşdu. Tədbirdə mənə mikrafon verməyib, üstəlik "mənə zubnaya şotkam" deyib. Bunun əvəzini çıxacam".

Nazim isə ona cavab olaraq "Şəxsən mən demişəm ki, Kərimi çıxar. 12 il deyil. Bu yaxınlarda da Kərim bir şey etdi. Mən elə pərt oldum ki... İndi intiqam alıram" - sözlərini bildirib.

Şouda baş verənlərlə bağlı Kərim Abasov News24.az-a danışıb: "Səbəblər hələ mənə də məlum deyil. Oyun idi, oldu və bitdi. Bu dəqiqə qardaş-qardaşa 200 manatından keçmir, kimdir 50.000 manatlıq maşından keçən? Ümumiyyətlə, düz insanın yanında heç vaxt adam olmur.  O, Nazimin böyüklüyü və içdünyasıdır. İstəmirəm onun üçün ağzımı yorum, 15 ilik söhbətdir. Əgər o vaxtdan onun içində mənə qarşı kini qalıbsa nə deyim? Allah ona şəfa versin".

Sevda Bayramova