Bakıda yeni tikililərdə qiymətlər qalxıb - CƏDVƏL
    • 20-08-2018, 14:49
    • 1 232

Bakıda yeni tikililərdə qiymətlər qalxıb - CƏDVƏL

Avqust ayında yeni tikililərdə orta qiymətlər bahalaşıb.

Bunu  “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib. 
N.İbrahimov qeyd edib ki, hazırda yeni tikilidə 1 kv.m mənzilin orta qiyməti 1204 manat təşkil edir. 
O ki qaldı otaqların sayı üzrə mənzillərin kvadratmetrinin qiymətlərinə, aşağıdakı kimi dəyişib: 

Mənzillər üzrə otaqların          sayı
 
1 Kv.m üzrə orta qiymət
 
Orta qiymət       708 $
 
1 otaqlı mənzil
 
       908 $
 
2 otaqlı mənzil
 
      907 $
 
3 otaqlı mənzil
 
       950 $
 
4 + otaqlı mənzil
 
        1086 $
 

Ekspert deyir ki, avqust ayında iyul ayı ilə müqayisədə bazarda aktivlik müəyyən qədər artıb:

“İyul ayı ilə müqayisədə avqust ayında bazarda aktivlik 3-4% artıb. Bununla belə, aktivlik çox aşağıdır. Sentyabr-oktyabr aylarında qiymətlərdə, eləcə də, bazarda əməliyyatlarının sayında dəyişikliklər olacaq”. 

N.İbrahimov ölkədə mənzil tikintisinə də toxunub. Qeyd edib ki, ilin əvvəlində tikinti şirkətləri bazarda aktiv iştirak etsələr də, ilin ikinci yarısından tikintinin artım tempi aşağı düşüb:

“İlin əvvəlində ay ərzində 3-4 yeni binanın təməli qoyulurdu. Yayda bina tikintisi aylıq 1-2 binaya düşüb”.  

//Oxu.az