"Azərbaycanda İİV -ə yoluxanların 85 faizini 15-49 yaş arasında İNSANLAR TƏŞKİL EDİR
    • 3-10-2019, 16:29
    • 806

"Azərbaycanda İİV -ə yoluxanların 85 faizini 15-49 yaş arasında İNSANLAR TƏŞKİL EDİR

Azərbaycanda İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyasına yoluxanların 85 faizini 15-49 yaş arasında insanlar təşkil edir.

Bunu Səhiyyə Nazirliyi Respublika QİCS Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov “QİÇS-ə birlikdə qalib gələk” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, 15-49 yaşlı insanların İİV infeksiyasına yoluxanların 85 faizini təşkil etməsinin də öz səbəbləri var: "Bu səbəblər həmin dövrdə cinsi aktivliyin çox olması, narkotikaya olan meyilliliyin daha çox müşahidə edilməsidir. Buna görə də xəstəliyə yoluxmada əsas risk qrupu gənclərdir".
N.Zülfüqarov əlavə edib ki, ölkədə səhiyyə ilə bağlı 12 dövlət proqramı icra edilir ki, onun da biri İİV infeksiyası ilə bağlıdır./trend/