"Azərbaycanda İİV-in yayılma göstəricisinin yüksək olduğu rayonlar AÇIQLANDI
    • 2-12-2019, 13:22
    • 750

"Azərbaycanda İİV-in yayılma göstəricisinin yüksək olduğu rayonlar AÇIQLANDI

"Azərbaycanda İİV-in yayılma göstəricisinin yüksək olduğu ərazilər əsasən cənub rayonlarıdır".

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı keçirdiyi dəyirmi masada çıxış edən Mərkəzin monitorinq və qiymətləndirmə departamentinin rəhbəri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, bu, ölkəyə daha çox cənubdan narkotikin keçirilməsi ilə bağlıdır: "Göstəricilər Şirvanda 52, 9%, Hacıqabulda 31,2%, Astarada 26,4%, Lənkəranda 20,9%, Sumqayıtda 16,4%, Yevlaxda 14,2%, Mingəçevirdə 13,4%, Xızıda 11,3%, Göyçayda 10,8%, Bakıda isə 7,5%-dir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 23,6 %-iBakı şəhəri və Abşeron rayonunda, 75.7 %-iregionlarda yaşayır. 0.7 %şəxsin isə ərazi mənsubiyyəti naməlumdur". /APA/