Bakıda avtomobil qəzası - SÜRÜCÜ ÖLDÜ
    • 4-10-2019, 13:05
    • 668

Bakıda avtomobil qəzası - SÜRÜCÜ ÖLDÜ

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, oktyabrın 3-də saat 17 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində qəsəbə sakini Yengibar Nəsirov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.