Sürücü törətdiyi qəzada ÖLDÜ
    • 8-05-2020, 15:36
    • 998

Sürücü törətdiyi qəzada ÖLDÜ

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini Fəxri Quliyev idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Hadisə ilə bağlı təhqiqat aparılır.