Baş Nazir müəllimləri təbrik etdi
    • 5-10-2019, 01:34
    • 1 676

Baş Nazir müəllimləri təbrik etdi

Baş Nazir Novruz Məmmədov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərə təbrik ünvanlayıb.
News24.az xəbər verir ki, N. Məmmədovun Tvitter səhifəsində paylaşdığı təbrikdə deyilir:
“Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb.
Son illərdə təhsilin inkişafı ilə bağlı ölkəmizdə kompleks tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil işçilərinin maddi vəziyyəti, rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirləri dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edib. Ölkəmizdə hər il sayı artmaqda olan müasir məktəblər, yeni təhsil kompleksləri şagirdlərin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Təhsil işçilərinə hərtərəfli qayğı Azərbaycan dövlətinin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Müəllimlik şərəfli və məsuliyyətli işdir, çünki gələcək nəsillərin böyüməsində və tərbiyə olunmasında həlledici rol oynayır.
Əziz müəllimlər, bayramınızı təbrik edir, respublikamızın intellektual potensialının gücləndirilməsi, gələcək nəslin inkişafı yolunda göstərdiyiniz fədakar işlərinizdə uğurlar arzulayıram.”