O Rusiyanın “baş oğrusu” seçildi
    • 20-08-2018, 20:30
    • 1 039

O Rusiyanın “baş oğrusu” seçildi

Moskvada “qanuni oğruların” son illər ərzindəki ən nəhəng “sxodka”sı keçirilib. Burada Rusiyanın baş oğrusunun adına aydınlıq gəlib. 

Mərasim kriminal avtoritet Mixail Voevodin (Mixail Lujnetski) tərəfindən təşkil olunub və Lujnikov ərazisindəki elit restoranlardan birində baş tutub.
 Mərasimdə onlarla mafiya rəhbəri iştirak edib. “№1 qanuni oğru” olaraq Şişkan kimi tanınan Oleq Şişkanov seçilib. 

Agentlik bildirib ki, Şakro Molodoy ləqəbli Zaxariya Kalaşovun 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilməsi yeni mafiya rəhbərinin seçilməsi zərurəti yaradıb. 

Şişkanın seçilməsinə qədər bu posta əsas namizəd kimi Tara ləqəbli Tariel Muxulov göstərilirdi.